Bayram Kürdəxanılı dəfn olunub

Bayram Kürdəxanılı dəfn olunub
14:22 23 Avqust 2017
152 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 23 avqust. REPORT.AZ/ Meyxana ustası Bayram Kürdəxanılı dəfn olunub. 
“Report” xəbər verir ki, mərhum Kürdəxanı qəbiristanlığında torpağa tapşırılıb. 
Dəfndən əvvəl meyxana ustası ilə vida mərasimi keçirilib. Mərasimində mərhumun ailə üzvləri ilə yanaşı, sənət dostları da iştirak edib.
Vida mərasimindən sonra B.Kürdəxanlının cənazəsi son mənzilə yola salınmaq üçün qəsəbə qəbiristanlığına aparılıb.
Meyxana ustası atasının yanında dəfn olunub.
Qeyd edək ki, avqustun 23-də saat 2 radələrində Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində Bakı şəhər sakini Ramin Fərhadov idarə etdiyi “Peugeot” markalı avtomobillə yolu keçən qəsəbə sakini Bayram Quliyevi vurub. Xəstaxanaya yerləşdirilən B.Quliyev orada ölüb. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bayram-kurdexanili-defn-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR