Dənizkənarı Milli Parkda naməlum qadın meyiti tapılıb

Dənizkənarı Milli Parkda naməlum qadın meyiti tapılıb
14:27 23 Avqust 2017
149 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 23 avqust. REPORT.AZ/ Avqustun 8-də saat 15 radələrində Səbail rayonu ərazisində Dənizkənarı Milli Parkda dənizdən üzərində zorakılıq əlamətləri olmayan, 50-55 yaşlarında qadın meyiti tapılıb.
Daxili İşlər Nazirliyindən “Report”a verilən məlumata görə, meyitin boyu 156 santimetr, arıq bədən quruluşlu, saçları qaradır.
Meyit aşkar edilərkən qulağında qızıl sırğa, əynində yaşıl kofta və uzun ətəkli qara don olub. 
Həmin şəxsi tanıyanlardan “102 Zəng Mərkəzi”nə, yaxud, 492-02-02 nömrəli telefonla Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə məlumat vermələri xahiş olunur.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/denizkenari-milli-parkda-namelum-qadin-meyiti-tapilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR