Sudan səfirinin Azərbaycanda diplomatik fəaliyyəti başa çatıb

Sudan səfirinin Azərbaycanda diplomatik fəaliyyəti başa çatıb
14:32 23 Avqust 2017
106 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı. 23 avqust. REPORT.AZ/ Xarici işlər naziri Elmar Məmmədyarov Sudanın Azərbaycandakı səfiri Mohamed Elias Mohamed əl-Haqı diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.
Xarici İşlər Nazirliyindən verilən məlumata görə, səfir Mohamed Elias Mohamed əl-Haq diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib və bu dövr ərzində iki ölkə arasında dostluq əlaqələrinin inkişafı üçün səylərini əsirgəmədiyini vurğulayıb. 
Görüşdə bu il Azərbaycan və Sudan arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinin qeyd olunduğu xüsusilə vurğulanıb. 
E.Məmmədyarov Azərbaycan və Sudan arasında ikitərəfli, həmçinin müxtəlif beynəlxalq təşkilatlar, xüsusilə BMT, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığın inkişafına verdiyi töhfələrinə görə səfir Mohamed Elias Mohamed əl-Haqa təşəkkürünü ifadə edib və gələcək fəaliyyətində ona uğurlar arzulayıb. 


Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/sudan-sefirinin-azerbaycanda-diplomatik-fealiyyeti-basa-catib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR