Soçidə Putin və Netanyahu arasında görüş keçirilir

Soçidə Putin və Netanyahu arasında görüş keçirilir
14:37 23 Avqust 2017
129 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 23 avqust. REPORT.AZ/ Soçidə Rusiya Prezidenti Vladimir Putin və İsrailin Baş naziri Binyamin Netanyahu arasında görüş keçirilir.
"Report" xəbər verir ki, görüşdə tərəflər terrorla birgə mübarizəni, eləcə də Yaxın Şərqdə, o cümlədən Suriya, Livan və Yəməndəki vəziyyəti müzakirə ediblər.
İsrailin baş naziri bildirib ki, bu gün İŞİD terror qruplaşmasını birgə səylərlə məğlub etmək çox vacibdir, amma İsrailə İrandan olan təhlükəni də unutmaq lazım deyil.
Onun sözlərinə görə, İran Suriyadakı mövqeyini gücləndirir və bu, İsrailə, Yaxın Şərqə və bütün dünya üçün təhlükədir.
Xatırladaq ki, bu gün həm də Rusiya və Ermənistan prezidentləri Vladimir Putin ilə Serj Sarqsyan arasında görüş olacaq. Dövlət başçıları Dağlıq Qarabağ münaqişəsinin həllini müzakirə edəcəklər.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/socide-putin-ve-netanyahu-arasinda-gorus-kecirilir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR