Biləsuvarda oğurluqla məşğul olan şəxs saxlanılıb

Biləsuvarda oğurluqla məşğul olan şəxs saxlanılıb
14:47 23 Avqust 2017
186 Ölkə
Ölkə mətbuatı
A- A+

Biləsuvar. 23 avqust. REPORT.AZ/ Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində evlərdən və dükanlardan oğurluq edən şəxs saxlanılıb. 
“Report”un Aran bürosu xəbər verir ki, istintaq zamanı məlum olub ki, rayon sakini Fərid Əlizadə müxtəlif vaxtlarda rayonun Nəsimikənd kəndində dayısının evindən Plazma televizoru, eləcə də qızıl-zinət əşyaları satılan dükandan isə ümumi dəyəri 4000 manata yaxın olan gümüş əşşyaları oğurlayıb. Saxlanan şəxsin polisə verdiyi ilkin ifadəsində törədtiyi əməli etiraf edərək oğurladığı əşyarları ucuz qiymətə satdığını bildirib.
Aparılan axtarışlar nəticəsində gümüş-zinət əşyalarının Bakı şəhərindəki gümüş mağazalarından birinə satıldığı məlum olub. Oğurluq əşyalar geri qaytarılaraq sahibinə təhvil verilib.
Faktla bağlı Biəsuvar rayon Polis şöbəsində cinayət işi başlanıb, istintaq davam edir.
Qeyd edək ki, Fərid Əlizadə əvvəllər də oğurluq əməlinə görə dustaq həyatı yaşayıb.






Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bilesuvarda-ogurluqla-mesgul-olan-sexs-saxlanilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR