Xızıda yol çəkilişi zamanı məzarlıq aşkarlanıb

Xızıda yol çəkilişi zamanı məzarlıq aşkarlanıb
14:52 23 Avqust 2017
160 Ölkə
Ölkə mətbuatı
A- A+

Xızı. 23 avqust. REPORT.AZ/ Xızı rayonunda yol çəkilişi zamanı məzarlıq aşkarlanıb.
"Report"un Şimal bürosunun məlumatına görə, məzarlıq Xızı-Altıağac yolunun çəkilişi zmanı qazıntı işləri aparan Yol İstismar İdarəsinin əməkdaşları tərəfindən aşak olunub. 
Belə ki, yolun Altıağac qəsəbəsinin ərazisindən keçən hissəsində qazıntılar zamanı insana məxsus xeyli sayda kəllə sümükləri aşkarlanıb. Yerli sakinlərin sözlərinə görə, məzarlığın aşkar olunduğu ərazidə qədim kənd olub və orada aşkarlanan insan skletlərinin həmin kəndin sakinlərinə məxsus olduğu ehtimal edilir.
Tapıllan insan sümükləri Yol İstismar İdarəsinin əməkdaşları və yerli sakinlər tərəfindən başqa ərazidə yenidən basdırılıb. 





Xəbərin orijinal ünvanı: https://report.az/hadise/xizida-yol-cekilisi-zamani-mezarliq-askarlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR