ABŞ-ın müdafiə naziri Türkiyədə rəsmi səfərdədir

ABŞ-ın müdafiə naziri Türkiyədə rəsmi səfərdədir
14:52 23 Avqust 2017
133 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 23 avqust. REPORT.AZ/ ABŞ-ın müdafiə naziri Ceyms Mettis avqustun 23-də Türkiyəyə rəsmi səfər edib.
“Report” "Habertürk"ə istinadən xəbər verir ki, o, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, müdafiə naziri Nurettin Canikli, xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşəcək.
Görüşlər çərçivəsində terrorçu PKK qruplaşmasının Suriyadakı qolu “PYD”nin fəaliyyəti, ABŞ-ın bu qruplaşmaya verdiyi dəstək, İraqın şimalında kürd muxtariyyətinin keçirmək niyyətində olduğu referendum, Türkiyənin Rusiyadan almağı planlaşdırdığı “S-400” hava hücumundan müdafiə sistemi, Suriyanın gələcəyi və başqa məsələlərin müzakirə olunacağı nəzərdə tutulub. 
Qeyd edək ki, avqustun 22-də Ceyms Mettic əvvəlcədən elan edilmədən İraqa səfər edib.

Xəbərin orijinal ünvanı: https://report.az/region/abs-in-mudafie-naziri-turkiyede-resmi-seferdedir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR