Əfqanıstanda TERROR : 6 ölü, 42 yaralı

Əfqanıstanda TERROR : 6 ölü, 42 yaralı
14:58 23 Avqust 2017
166 Dünya
Ölkə mətbuatı
A- A+

Əfqanıstanın cənubunda güclü partlayış baş verib, 6 nəfər ölüb.

Publika.az "RİA Novosti"-yə istinadən xəbər verir ki, hadisə Qilmend əyalətinin Laşqarqax şəhərində polis binasının önündə baş verib. Minalanmış avtomobilin partladılması nəticəsində 1-i azyaşlı olmaqla 6 nəfər ölüb, 42 nəfər isə ağır yaralanıb.

Agentliyin verdiyi məlumata görə, ölən və yaralıların sayının artacağı gözlənilir.

Ölən və yaralananlar arasında ərazi yaxınlığında olan sadə vətəndaşların və polis əməkdaşlarının da olduğu deyilir.

Radikal terror qruplaşması "Taliban" hadisənin məsuliyyətini öz üzərinə götürüb.

Könül Cəfərli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/210823.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR