Azərbaycan millisinin Norveç və San Marino ilə oyunlar üçün heyəti açıqlanıb

Azərbaycan millisinin Norveç və San Marino ilə oyunlar üçün heyəti açıqlanıb
15:12 23 Avqust 2017
186 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 23 avqust. REPORT.AZ/ Futbol üzrə Azərbaycan millisinin Norveç və San Marino ilə keçirəcəyi 2018-ci il dünya çempionatının seçmə qrup matçları üçün heyəti açıqlanıb. "Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, baş məşqçi Robert Prosineçki qarşıdakı oyunlara 25 futbolçu dəvət edib.
Onların arasında ilk dəfə "Zirə"dən Təmkin Xəlilzadə də yer alıb. 
AD, SOYAD KLUB Kamran Ağayev Mlada (Çexiya) Anar Nəzirov Zirə Səlahət Ağayev Neftçi Tərlan Quliyev İnter Bədavi Hüseynov Qarabağ Rəşad Sadıqov Qarabağ Maksim Medvedev Qarabağ Pavel Paşayev Aleksandriya (Ukrayna) Maqomed Mirzabekov Neftçi Ürfan Abbasov Qəbələ Ruslan Abışov Neftçi Rahid Əmirquliyev Qarabağ Qara Qarayev Qarabağ Dmitri Nazarov Aue (Almaniya) Təmkin Xəlilzadə Zirə Mahir Mədətov Qarabağ Cavid Hüseynov Qəbələ Araz Abdullayev Anortosis (Kipr) Əfran İsmayılov Qarabağ Riçard Almeyda Qarabağ Ağabala Ramazanov Qarabağ Ruslan Qurbanov Qəbələ Namik Ələskərov Neftçi Ramil Şeydayev Jilina (Slovakiya) Renat Dadaşov Ayntraxt (Almaniya)
Qeyd edək ki, Azərbaycan millisi Norveçlə sentyabrın 1-də Osloda, San Marino ilə sentyabrın 4-də Bakıdakı "Bakcell Arena"da üz-üzə gələcək. 

Xəbərin orijinal ünvanı: https://report.az/dc-2018/azerbaycan-millisinin-norvec-ve-san-marino-ile-oyunlar-ucun-heyeti-aciqlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR