Millinin heyəti: kimlər var, kimlər yox?

Millinin heyəti: kimlər var, kimlər yox?
15:47 23 Avqust 2017
127 İdman
Ölkə mətbuatı
A- A+

Robert Prosineçki Norveç və San Marino ilə oyunlar üçün millinin heyətini açıqlayıb. Xorvat mütəxəssis heyətə 26 futbolçu dəvət edib. 


Fanat.Az xəbər verir ki, baş məşqçi Şimali İrlandiya ilə oyuna sağırdığı 3 futbolçuya bu dəfə dəvət göndərməyib. Belə ki, İspaniya "Kadiz"ində oynayan Eddi İsrafilov, Portuqaliyanın "Boavişta" klubunun formasını geyinən Emin Mahmudov və "Qəbələ"nin üzvü Elvin Məmmədov bu dəfə kənarda qalıb.


Əvəzində "Qarabağ"dan Mahir Mədətov və "Zirə"dən Təmkin Xəlilzadə yığmaya dəvət alıb. Sonuncu ilk dəfə bu siyahıya düşüb.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-millinin-heyti-kimlr-var-kimlr-yox-t60100.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR