Avropa ənənəvi enerji növlərindən imtina edir

Avropa ənənəvi enerji növlərindən imtina edir
16:17 23 Avqust 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 23 avqust. REPORT.AZ/ Avropa ənənəvi enerji növlərindən imtina edərək alternativ enerjidən istifadəni aqressiv şəkildə artırmağa davam edir. "Report" "Investing.ru" saytına istinadən xəbər verir ki, hazırda təbii qaz Avropada əsasən elektrik stansiyalarına və istixanalara paylanılır.
Qeyd edək ki, 2016-cı ilin sonunda Qərbi, Şərqi Avropa və Türkiyədə generasiya edilən elektrik enerjisinin 16,6%-i alternativ mənbələrdən (günəş, külək, bioyanacaq və geotermal mənbələr) təmin edilib. 1996-cı ildə bu göstərici 1%-dən aşağı, 2006-cı ildə isə 4,6% təşkil edib. Hazırda elektrik enerjisinin illik generasiyası 611 teravatt, 2006-cı ildə 172, 1996-cı ildə 33 teravatta bərabər olub. 2030-cu ilə qədər ekspertlər məcmu elektrik enerjisinin 35%-nin alternativ mənbələrdən generasiya ediləcəyini düşünürlər.
Xatırladaq ki, Norveç artıq tam şəkildə, Avstriya, Danimarka, İsveç, İsveçrə və Portuqaliya isə 50%-dən yuxarı "yaşıl energetika" ilə (su elektrik stansiyaları və alternativ enerji növləri) özünü təmin etməyə başlayıb. Atom enerjisi də nəzərə alınarsa, əsas Avropa ölkələrinin enerji balansında qaz, kömür və neftin payı sıfıra yaxınlaşır.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/avropa-enenevi-enerji-novlerinden-imtina-edir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR