Azərbaycan taekvondoçusu Universiadada qızıl medal qazanıb

Azərbaycan taekvondoçusu Universiadada qızıl medal qazanıb
16:32 23 Avqust 2017
125 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 23 avqust. REPORT.AZ/ Azərbaycan taekvondoçusu Milad Beigi Harçeqani Taypeydə təşkil olunan 29-cu Yay Universiadasında qızıl medal qazanıb.
"Report"un məlumatına görə, 80 kq çəki dərəcəsində çıxış edən 26 yaşlı idmançı mübarizəyə 1/16 final mərhələsindən başlayıb. O, əvvəlcə portuqaliyalı Jan Miçel Fernandesi 29:1, ardınca rusiyalı Boqdan Qreçkini 25:8, yaponiyalı Hidenori Ebatı 32:15 hesabı ilə yenib. Dünya çempionu yarımfinalda yerli taekvondoçu Vey Tinq Liuya 12:4 hesabı ilə qalib gəlib. Həlledici döyüşdə isə o, ispaniyalı Raul Martinez Qarsiyadan üstün olub - 6:3. 
Qeyd edək ki, bu, Azərbaycanın Universiadada 2-ci "qızıl"ı, ümumilikdə isə 4-cü medalı olub. Ötən gün digər taekvondoçu Ayxan Tağızadə (68 kq) gümüş medala sahib olub. Daha əvvəl isə cüdoçulardan Zelim Kotsoyev (100 kq) qızıl, Firudin Dadaşov (90 kq) bürünc medal əldə edib. 





Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/azerbaycan-taekvondocusu-universiadada-qizil-medal-qazanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR