Messi açıqlaması: "Barselona"dan gedə bilər"

Messi açıqlaması: "Barselona"dan gedə bilər"
16:47 23 Avqust 2017
151 İdman
Ölkə mətbuatı
A- A+

Lionel Messinin "Barselona"dan gedə biləcəyi ilə bağlı iddialar getdikcə güclənir. Fanat.Az xəbər verir ki, argentinalı ulduzla bağlı növbəti açıqlamanı Kataloniya klubunun prezidentliyinə namizəd olan Aqusti Benedito verib.


Onun sözlərinə görə, Messi yaxın vaxtlarla klubla yeni müqavilə imzalamayacaq: "Gələn mövsümün sonunda müqaviləsi başa çatacaq və Messi sərbəst qalacaq. Məncə bir neçə ay gözləyib, klubun atacağı addımları görmək istəyir. Bu rəhbərlik qalsa, Messini itirə bilərik". 


Erkən seçki üçün imza toplayan Benedito prezident Josep Maria Bartomeudan istefaya getməyi tələb edib.


Qeyd edək ki, Neymarın 222 milyon avroya PSJ-yə transferindən sonra "Mançester Siti"nin Messi üçün 300 milyon avro ödəməyə hazırlaşdığı bildirilir. Ötən gün İngiltərə klubunun baş məşqçisi Pep Qvardiola bu məsələ ilə bağlı açıqlama verərək maraqlı fikirlər səsləndirmişdi. Mütəxəssis argentinalı ulduz üçün transfer rekordunun qırıla biləcəyini düşünür. Qvardiola Messinin müqaviləsindəki 300 milyon avroluq təzminatın ödənilməsinin mümkün olduğunu söyləyib: "Kimlərinsə bu qədər xərcləmək istədiyi pul varsa, Messinin müqaviləsindəki təzminatı ödəyə bilər".


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-messi-acqlamas-quotbarselonaquotdan-ged-bilrquot-t60102.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR