İran və Səudiyyə Ərəbistanı bir - birinə nümayəndə heyətləri göndərəcəklər

İran və Səudiyyə Ərəbistanı bir - birinə nümayəndə heyətləri göndərəcəklər
17:12 23 Avqust 2017
136 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 23 avqust. REPORT.AZ/ İran və Səudiyyə Ərəbistanı nümayəndə heyətlərinin səfərlərini təşkil edəcək.
"Report" xəbər verir ki, bu barədə "İsna" agentliyinə müsahibəsində İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bildirib.
İranlı diplomat ölkəsinin hazırda nümayəndə heyətlərinin mübadiləsini həyata keçirmək üçün hazırlıqları yekunlaşdırmaq üzrə olduğunu qeyd edib.
"İran həmişə regionda qonşuları ilə yaxşı münasibətlər qurmaq istəyib", - İran XİN başçısı deyib. O, diplomatlara artıq vizalar verildiyini əlavə edib.
Onun sözlərinə görə, plana əsasən, səfərlər Həcc ziyarətindən sonra baş tutacaq. Qeyd edək ki, bu il ziyarət avqustun 30-dan sentyabrın 4-dək davam edəcək.
Xatırladaq ki, Səudiyyə Ərəbistanı 2016-cı il yanvar ayının əvvəlində nümayişçilərin krallığın Tehrandakı səfirliyinə və Məşhəd şəhərindəki konsulluğuna hücum etməsindən sonra İranla diplomatik əlaqələri kəsib.

Xəbərin orijinal ünvanı: https://report.az/region/i-ran-ve-seudiyye-erebistani-numayende-heyetlerinin-mubadilesini-heyata-kecirecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR