Ueyn Runi İngiltərə yığmasındakı karyerasını başa vurub

Ueyn Runi İngiltərə yığmasındakı karyerasını başa vurub
17:12 23 Avqust 2017
132 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 23 avqust. REPORT.AZ/ İngiltərənin “Everton” klubunun futbolçusu Ueyn Runi yığma karyerasını başa vurub. “Report” xəbər verir ki, 32 yaşlı hücumçu bu barədə şəxsi saytı vasitəsi ilə açıqlama yayıb.
O, İngiltərə millisinindən getmək qərarını çətinliklə verdiyini, lakin bu addımı atmağın zamanı yetişdiyini bildirib: “Yığmanın baş məşqçisi Qaret Sautgeyt bu həftə mənə zəng edib yığmaya dəvət etdi, bunu qiymətləndirirəm. Lakin ona xeyli düşündükdən sonra millidən getməklə bağlı qərar qəbul etdiyimi söylədim. Bu, çox çətin qərardır. Ailəm və “Everton”dakı menecerimlə müzakirə apardım. Yığmada çıxış etmək mənim üçün xüsusi idi, lakin artıq getmək vaxtı çatıb”.
Qeyd edək ki, Ueyn Runi İngiltərə millisinin heyətində 12 fevral 2003-cü ildə debüt edib. O, yığmada 119 oyuna 53 qol vurub. “Everton”un heyətində ilk matçına 2002-ci ildə 16 yaşında çıxan hücumçu iki il sonra 25,6 milyon funt sterlinq qarşılığında “Mançester Yunayted”ə transfer olunub. O, ötən ay 13 illik fasilədən sonra “Everton”a dönüb.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/ueyn-runi-i-ngiltere-yigmasindaki-karyerasini-basa-vurub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR