Madafiə nazirləri Bakıda görüşəcək

Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin görüşü keçiriləcək. Görüşün sentyabrın ilk on günlüyündə keçirilməsi gözlənilir.

Bakıda keçiriləcək üçtərəfli görüşlə bağlı Metbuat.az-a açıqlama verən siyasi şərhçi Mübariz Əhmədoğlu bildirib ki, görüşdə Azərbaycan və Gürcüstan Türkiyə ilə regional məsələləri müzakirə etməlidir:

“Üçlü format artıq özünü doğruldub. İstəyirik ki, format daimi işlək vəziyyətdə qalsın. Təşəbbüs Azərbaycanındır. Azərbaycan-Türkiyə-Gürcüstan formatında əsasən regional təhlükəsizlik məsələləri müzakirə olunacaq. Səbəb də odur ki, Cənubi Qafqazda vəziyyət hər an gərginləşə bilər. Ona görə də, Cənubi Qafqazda bu 3 dövlətin birlikdə təhlükəsizlik məsələlərini müzakirə etməsi çox vacibdir. Bilirsiniz ki, Cənubi Qafqaz 3 dövlətdən ibarətdir. Dövlətlərdən biri də Ermənistandır. Ermənistan müstəqil siyasəti olmayan dövlətdir. O, özünü Rusiyaya işləyən dövlət kimi göstərir. Əslində, Ermənistanın bir əli Qərbdədir. Qeyr-ciddi dövlət olan Ermənistanın Cənubi Qafqazda mövcudluğu regional təhlükəsizlik üçün çox ciddi təhdiddir”.

Türkiyə 10 minlik yeni ordu yaradır - Hədəf nədir? - Oxumaq üçün tıklayın!

Xəyalə Məmmədova / METBUAT.AZ  


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR