"Qarabağ" qalib gəlsə, ərə gedəcəm" - FOTOLAR

"Qarabağ" qalib gəlsə, ərə gedəcəm" -   FOTOLAR
17:17 23 Avqust 2017
269 İdman
Ölkə mətbuatı
A- A+

Tanınmış teleaparıcı Mələk Heydərova "Qarabağ"a dəstək məqsədilə fotosessiya etdirib. Layihəsi çərçivəsində fotoqraf Nurlan Gülməmmədovun obyektivi qarşısına keçən teleaparıcı deyib: 


"Bu gün "Qarabağ" "Kopenhagen"lə tarixi oyuna çıxır. Mən də sevimli klubumuza dəstək məqsədilə fotosessiya etdirmək qərarına gəldim. Əminəm ki, futbolçularımız bu gün uğurlu çıxış edəcək. Ancaq onu deyə bilərəm ki, "Qarabağ" qalib gəlsə də, gəlməsə də, bizim üçün qalibdir. Bu klub tarix yazmağı bacarıb".

 

Mələk Heydərova həmçinin sosial şəbəkələrdə günün trendi olan "Qarabağ qalib gəlsə, nə edəcəksiz?" sualına da cavab verib: "Bu gün sosial şəbəkələrdə hərə bir fikir yazır. Mən də düşündüm ki, nə edə bilərəm. Ağlıma ilk gələn ilk fikir bu oldu: "Qarabağ" bu gün qalib gəlsə, ərə gedəcəm (gülür)".(azxeber.com)


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotqarabaquot-qalib-gls-r-gedcmquot-t60104.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR