Namiq Məna: "Bayram mənim 30 illik dostum idi"

Meyxana aləmində Bayram Kürdəxanılı kimi tanınan meyxana ustası Bayramqulu Quliyevi avtomobil vuraraq öldürüb.

Hadisə Kürdəxanı qəsəbəsində baş verib. Belə ki, toy mərasimindən evə qayıdan meyxana ustası qəsəbə ərazisində yolu keçərkən Emin Fərhadovun idarə etdiyi “Peugeot” markalı, 10-PS-782 dövlət seriya nişanlı avromobil onu vurub. Nəticədə meyxana ustası ağır xəsarət alıb.

Hadisəni törətmiş sürücü Bayram Kürdəxanılını 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.

Metbuat.az saytına açıqlama verən meyxanaçının yaxın dostu Namiq Məna Bayram Kürdəxanılı haqqında təəssüratlarını bölüşüb:

“Bayram mənim 30 illik dostum idi. Hazırda yas mərasimindəyik. Bayram haqqında danışmaq mənimçün çox çətindir, çox ağırdır. Elə bir hadisədir ki, onun yoxluğunun qarşısında söz də acizdir, nitqimiz tutulub. Kürdəxanı kəndinə hələ də insan axını davam edir. İynə atsan, yerə düşməz. Sənət adamları, sıravi vətəndaşlar, ictimaiyyət hamısı burdadır. Bayram böyük sənətkar, böyük məktəb idi. Ağasəlim, Nizami Rəmzi məktəbindən bəhrələnmiş bir şair idi. Özünəməxsus qeyri-adi səs ahənginə malik şair idi. Bayram fitri-istedad, qeyri-adi sənətkar idi. Allah rəhmət eləsin!”

Bayram Kürdəxanlı: "Əzrail adam daşıyır, bu dünyadan..."-Oxumaq üçün tıkla

 Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR