TAP-ın Yunanıstan və Albaniya hissəsində 360 km borular xəndəklərə endirilib

TAP-ın Yunanıstan və Albaniya hissəsində 360 km borular xəndəklərə endirilib
17:32 23 Avqust 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 23 avqust. REPORT.AZ/ Azərbaycan təbii qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik Boru Kəmərinin (TAP) inşası çərçivəsində Yunanıstan və Albaniyadan keçən hissəsinin 47%-ində borular xəndəklərə endirilib.
“Report” xəbər verir ki, bu barədə “TAP AG” məlumat yayıb.
Məlumata görə, bu iki ölkədən keçən 765 km-lik hissənin 360 km-i deməkdir.
“Şahdəniz" konsorsiumu iki il ərzində müxtəlif seçim variantlarını nəzərdən keçirdikdən sonra 2013-cü il iyunun 28-də TAP kəmərini seçdiyini rəsmən açıqlayıb. Boru kəmərinin ümumi uzunluğu 878 km-dir. Bunun da 550 km-i Yunanıstan ərazisini, 215 km-i Albaniyanı, 105 km-i Adriatik dənizini, 8 km-i isə Cənubi İtaliyanı əhatə edəcək. Boru kəmərinin ən yüksək nöqtəsi Albaniya dağlarında (1 800 m), ən aşağı hissəsi isə (-820 m) dənizin dibində olacaq.
2016-cı il mayın 17-də Yunanıstanın Saloniki şəhərində TAP-ın təməlqoyma mərasimi keçirilib. 2020-ci ildə Azərbaycan qazının Avropaya çatdırılacağı nəzərdə tutulur.
TAP-ın səhmdarları rolunda BP (20%), SOCAR (20%), "Snam S.p.A." (20%), "Fluxys" (19%), "Enagas" (16%) və "Axpo" (5%) şirkətləri çıxış edir.


Xəbərin orijinal ünvanı: https://report.az/energetika/tap-in-yunanistan-ve-albaniya-hissesinde-360-km-borular-xendeklere-endirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR