Ekzemanı müalicə edən təbii üsul

Ekzema xroniki, residivlərlə müşayiət olunan, dünyanın bütün ölkələrində təsadüf edilən polietioloji allergik dəri xəstəliyidir.

Metbuat.az xəbər verir ki, bir çox elmi araşdırmalar alma sirkəsinin eqzema və bir sıra dəri xəstəliklərini müalicə etdiyini sübut edib. Ekzemanı müalicə edən xalq təbabəti üsulunu təqdim edirik:

Lazım olan məhsullar:

2 çay qaşığı alma sirkəsi

1 stəkan su

Pambıq

Alma sirkəsi və suyu qarışdırıb ekzema olan yerlərə sürtün. Xəstəlik tam sağalana qədər tətbiq edin. Həssas dərilər üçün bir stəkan suya bir çay qaşığı sirkə əlavə edin.

Qeyd edək ki, hər hansı əks təsirin meydana gəlməməsi üçün tətbiqdən əvvəl həkimlə məsləhətləşməkdə fayda var.

Aysel Yaqubqızı / Metbuat.az

"Quduzluq ölümlə nəticələnən ağır xəstəlikdir" - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR