Merkel NATO nizamnaməsini RƏDD ETDİ

Merkel NATO nizamnaməsini RƏDD ETDİ
17:58 23 Avqust 2017
197 Dünya
Ölkə mətbuatı
A- A+

“Berlin ABŞ və Koreya Xalq Demokratik Respublikası arasında hərbi qarşıdurma olacağı halda avtomatik olaraq Vaşinqtonu dəstəkləməyəcək”.

Publika.az xəbər verir ki, bunu Almaniya kansleri Angela Merkel “Handelsblatt” nəşrinin saytına müsahibəsində deyib.

"Mən tamamilə dəqiq söyləyəcəm: xeyr. Mən Şimali Koreya böhranının hərbi həllini görmürəm və bunu yanlış hesab edirəm. Düşünürəm ki, böhranın həlli üçün diplomatik vasitələrdən tamamilə istifadə edilməyib”, - kansler fikrini izah edib.

Qeyd edək ki, Almaniya və ABŞ NATO hərbi blokuna üzv ölkələrdi. İttifaqın nizamnaməsinin 5-ci maddəsinə əsasən, hər hansı NATO üzvü olan ölkəyə hücum bütün üzvlərə hücum kimi qiymətləndirilir.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/210847.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR