Ramil Quliyev dünya çempionatında niyə “Əsgər salamı” verib?

Ramil Quliyev dünya çempionatında niyə “Əsgər salamı” verib?
18:47 23 Avqust 2017
48 İdman
Ölkə mətbuatı
A- A+

Türkiyəni təmsil edən azərbaycanlı atlet Ramil Quliyev qalibi olduğu Londondakı dünya çempionatının mükafatlandırma mərasimi zamanı “Əsgər salamı” verməsinin səbəbini açıqlayıb. Fanat.Az xəbər verir ki, 27 yaşlı atlet bu barədə Anadolu Agentliyinə danışıb.


Ramil bildirib ki, bunu avqustun 11-də Trabzonda PKK terrorçuları ilə təhlükəsizlik qüvvələri arasında baş vermiş atışmada şəhid olan 15 yaşlı Eren Bülbülün xatirəsini anmaq üçün edib: "Mükafatlandırma mərasimindən öncə Trabzonda 15 yaşlı qardaşımızın şəhid olduğunu öyrəndim. Nə edə biləcəyimi düşündüm və bütün dünyanın diqqətini çəkmək üçün əsgər salamı verdim. Çox üzücü xəbər idi. Qazandığım medalı ona həsr etmək istədim".


O, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın və Azərbaycan prezidenti İlham Əliyevin qələbə münasibəti ilə onu təbrik etmələrinə çox sevindiyini bildirib: “İnanıram ki, daha böyük uğurlar qazanıb davamlı təbriklər alacağam. Bunu Türkiyədə bacardım. Çox adam mənə minnətdarlıq etdi. Həqiqətən, hər iki ölkəni orada təmsil edə bildim. Bu, hər iki dövlət üçün böyük uğurdur. Zatən, Azərbaycan və Türkiyə tək millətdir”.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-ramil-quliyev-dunya-cempionatnda-niy-sgr-salam-verib-t60105.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR