Mettis:

ABŞ-ın Müdafiə naziri Ceyms Mettis İraqın Şimalındakı Kürd hökumətinin rəhbəri Məsud Bərzaniylə bir araya gəlib.

Metbuat.az-ın məlumatına görə, Ərbildə bağlı qapılar arxasında baş tutan görüşdə, Pentaqon rəhbəri Ərbilin müstəqillik barədə referendum keçirmək istəyindən narahatlıq ifadə edib. Mettis bunun koalisiya qüvvələrinin İŞİD-ə qarşı apardığı əməliyyatlara əngəl törədə biləcəyini deyib. O, Vaşinqton-Ərbil əlaqələrində problemlər yaranacağını diqqətə çatdırıb.

Bərzani isə deyib ki, referendum yerli sakinlərin demokratik haqqıdır.

Qeyd edək ki, referendumun gələn ayın 25-də keçirilməsi planlaşdırılıb.  

Sübhan / METBUAT.az 



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR