Terrorçular məhkəmə qarşısına çıxdı -

İspaniyanın Barselona şəhərində terror aktı törətməkdə şübhəli bilinən 4 nəfər hakim qarşısına çıxarılıb.

Metbuat.az-ın məlumatına görə, Madrid məhkəməsindəki dinləmələr zamanı onlar Barselonada daha irimiqyaslı hücumlar planlaşdırdıqlarını etiraf edib. Lakin Alkanar şəhərində partlayıcı qurğuların hazırlandığı vaxt baş verən partlayış onların planlarını pozub. Partlayışda xəsarət alan şübhəli bildirib ki, terror aktlarının hədəfində dini mərkəzlər də olub.

Qeyd edək ki, İŞİD üzvlərinin Barselona və Kambrlisdə təşkil etdiyi hücumlar zamanı ümumilikdə 15 nəfər həyatını itirib.130-dan çox insan yaralanıb. Qanlı hadisəni törədən 8 silahlı məhv edilib.

Sübhan / METBUAT.az 



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR