Müəllimlərin dərs yükü və əməkhaqqı ilə bağlı prezidentdən SƏRƏNCAM

Müəllimlərin dərs yükü və əməkhaqqı ilə bağlı prezidentdən SƏRƏNCAM
19:09 23 Avqust 2017
352 Digər
Ölkə mətbuatı
A- A+

Prezident İlham Əliyev “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında” 2015-ci il 16 yanvar tarixli 994 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

 

Lent.az-ın AzərTac-a istinadən məlumatına görə, sərəncama əsasən, dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 yanvar tarixli 994 nömrəli Sərəncamına aşağıdakı məzmunda 1-1-ci hissə əlavə edilib:

“1-1. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 2017-ci il yanvarın 1-dən keçirdiyi mərkəzləşdirilmiş müsabiqə yolu ilə dövlət ümumi təhsil müəssisələrinə işə qəbul olunan müəllimlər diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərə bərabər tutulsunlar.”.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/281773

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR