Gürcüstandakı səfirimiz FHN-nin meşə yanğınları ilə bağlı yaradılmış düşərgəsində

Gürcüstandakı səfirimiz FHN-nin meşə yanğınları ilə bağlı yaradılmış düşərgəsində
19:44 23 Avqust 2017
40 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov meşə yanğınları ilə bağlı Borjominin Daba kəndində yaradılmış xüsusi qərargaha baş çəkib.
 

APA-nın yerli bürosunun məlumatına görə, səfir baş nazir Giorgi Kvirikaşvili və digər rəsmi şəxslərlə görüşüb. G. Kvirikaşvili görüşdə yanğınla mübarizədə Azərbaycan tərəfinin göstərdiyi köməklə əlaqədar prezident İlham Əliyevə təşəkkür edib.


D. Həsənov Azərbaycanın Gürcüstanın yanğınla mübarizəsində ilk  köməyə gələn ölkə olduğunu xatırladıb. Səfir Azərbaycan yanğınsöndürənlərinin yanğın tam söndürülənə qədər Gürcüstanda qalmağa hazır olduqlarını diqqətə çatdırıb.


D. Həsənov həmçinin Azərbaycan FHN-nin düşərgəsinə baş çəkərək şəxsi heyətlə tanış olub. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/281775

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR