Yəməndə qətliam -

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri Yəmənin paytaxtı Sanaya aviazərbələr endirib.

Metbuat.az-ın məlumatına görə, otelə endirilən hava zərbələri zamanı azı 35 nəfər həyatını itirib. 20-yə qədər yaralı var. Onların kimliyi barədə məlumat yoxdur.

Qeyd edək ki, uzun müddətdir vətəndaş müharibəsinin davam etdiyi Yəməndə Husi silahlı dəstələri paytaxt Sana və ölkənin şimal bölgələrinə nəzarət edir.

Digər bölgələr isə Səudiyyə Ərəbistanının dəstək verdiyi hökumət qüvvələrinin nəzarətindədir.

Sübhan / METBUAT.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR