Livan ordusundan İŞİD-ə ağır zərbə

Livan ordusu İŞİD-in nəzarətindəki Suriya ilə sərhəddə yerləşən ərazilərin 80 faizini, terrorçulardan azad edib.

Metbuat.az-ın məlumatına görə, hazırda qruplaşmanın nəzarətində 20 kvadrat km ərazi qalıb. Əməliyyatlar zamanı çox sayda terrorçu məhv edilib. Hərbçilər isə 4 itki verib. 14 əsgər yaralanıb. Qeyd edək ki, 4 gün əvvəl Livan ordusu Suriya ilə sərhəddə yerləşən Bəəlbək rayonu və onun ətrafındakı əraziləri İŞİD-dən azad etmək üçün əməliyyatlara başlayıb.

Sübhan / METBUAT.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR