Bağdadda səfərdə olan Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu, iraqlı həmkarı İbrahim Əl-Cəfəri ilə bir araya gəlib.
Metbuat.az-ın məlumatına görə, təkbətək görüşdən sonra mətbuata açıqlama verən diplomatlar ikitərəfli məsələlərlə yanaşı terrorizmlə mübarizə, Ərbilin referendum planları və digər mövzular ətrafında müzakirələr apardıqlarını bildiriblər. Çavuşoğlu İraqın ərazi bütövlüyünü dəstəklədiklərini ifadə edib.
O bildirib ki, Türkiyənin bu ölkədəki Başika hərbi bazasının gələcəyi barədə tərəflər birgə qərar verəcək. Əl Cəfəri isə İran və Türkiyənin İraqın şimalında PKK terror təşkilatına qarşı planlaşdırdığı əməliyyatlara dəstək verməyə hazır olduqlarını qeyd edib.
Sübhan / METBUAT.az