Ankaraya səfər edən Amerika Birləşmiş Ştatlarının Müdafiə naziri Ceyms Mettis, türkiyəli həmkarı Nurəddin Canikliylə bir araya gəlib.
Metbuat.az-ın məlumatına görə, bağlı qapılar arxasında keçən müzakirələrdən sonra nazirlərin geniş tərkibdə görüşü olub. Ardınca Pentaqon rəhbərini prezident Rəcəb Tayyib Ərdoğan qəbul edib. Görüşlər zamanı, ikitərəfli münasibətlər, Suriya münaqişəsi, İraqdakı vəziyyət və digər regional məsələlər ətrafında müzakirə aparılıb.
Sübhan / METBUAT.az