Şəkidə meşə ərazisində yanğın hadisəsi baş verib

Şəkidə meşə ərazisində yanğın hadisəsi baş verib
21:37 23 Avqust 2017
229 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 23 avqust. REPORT.AZ/ Şəki Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Küncüt meşəbəyliyinin 2 saylı meşə dolayının tinklik ərazisində yağın hadisəsi baş verib.
Bu barədə "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbut xidmətinin rəhbəri İradə İbrahimova məlumat verib.
Onun sözlərinə görə, bələdiyyə torpaqlarında başlayan yanğın sonradan güclü külək nəticəsində meşə ərazisinə keçib. Yanğının söndürülməsi üçün əraziyə dərhal ETSN və FHN-in yerli qurumlarının əməkdaşları cəlb olunub.
Yanğın zamanı, əsasən quru ot və kol örtüyünə ziyan dəyib. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/sekide-mese-erazisinde-yangin-hadisesi-bas-verib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR