Şəkidə meşə yanğını baş verib

Şəkidə meşə yanğını baş verib
21:54 23 Avqust 2017
51 Digər
Ölkə mətbuatı
A- A+

Şəki Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Küncüt meşəbəyiliyinin 2 saylı dolayının tinglik ərazisində yanğın baş verib.

 

Bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib. Yanğının söndürülməsi üçün hadisə yerinə dərhal ETSN və FHN-in yerli qurumlarının əməkdaşları cəlb edilib.

 

İ.İbrahimovanın  sözlərinə görə, bələdiyyə torpaqlarında açıq sahədə baş verən yanğın güclü külək nəticəsində sonradan meşə ərazisinə keçib. Alov kolluq ərazini əhatə edib.

 

Hazırda yanğının söndürülməsi istiqamətində operativ tədbirlər görülür.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/281778

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR