"Kopenhagen"in baş məşqçisi: "Rəqib imkandan lazımi qaydada yararlanaraq qol vurdu"

"Kopenhagen"in baş məşqçisi: "Rəqib imkandan lazımi qaydada yararlanaraq qol vurdu"
03:03 24 Avqust 2017
106 İdman
Ölkə mətbuatı
A- A+

"Bu gün son iki ev oyunundakı kimi yaxşı çıxış etdik. Özümüz 6-7 yaxşı şans əldə etsək də, rəqib yalnız 2 imkan qazandı və bunlardan keyfiyyətcə lazımi qaydada yararlanaraq qol vurdu".

Publika.az "Report"a istinadən bildirir ki, bunu Danimarka "Kopenhagen"inin baş məşqçisi Stole Solbakken "Qarabağ"ı 2:1 hesabı ilə yendikləri Çempionlar Liqasının "pley-off" mərhələsinin cavab görüşündən sonra mətbuat konfransında deyib.

Qırx doqquz yaşlı mütəxəssis bildirib ki, iki oyunun yekununda mərhələ keçə bilməsələr də, get-gedə daha yaxşı formaya düşmə mərhələsindədirlər:

"Bu gün həm də Federiko Santanderi itirdik. Onsuz necə keçinəcəyimizi zaman göstərəcək".

Qol imkanlarından yararlana bilməsələr də, Solbakken komandasının yaradıcı oyunundan razılıq ifadə edib. Onun fikrincə, "Kopenhagen" hər iki matçda bu cür oyun sərgiləsəydi, Çempionlar Liqasının qrup mərhələsinə adlaya bilərdi:

"Bugünkü oyunu isə hərtərəfli yaxşı matç kimi dəyərləndirərdim".

"Qarabağ" evdə 1:0 hesabı ilə yendiyi "Kopenhagen"i səfərdə vurduğu qol sayəsində üstələyib (1:2).


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/210881.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR