Bakıda qadın həkim poliklinikada sevgilisi tərəfindən bıçaqlanıb

Bakıda qadın həkim poliklinikada sevgilisi tərəfindən bıçaqlanıb
05:32 24 Avqust 2017
272 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 24 avqust. REPORT.AZ/ Bakının Səbail rayonunda bıçaqlanma hadisəsi baş verib.
"Report"un xəbərinə görə, hadisə Bülbül prospektində yerləşən A.H.Kazımov adına 1 saylı Şəhər Poliklinikasının nəzdindəki Travmatoloji məntəqədə qeydə alınıb.
Orada həkim kimi fəaliyyət göstərən 1972-ci il təvəllüdlü Eyyubova Faizə İslam qızı özünün dediyinə görə, sevgilisi ilə poliklinikanın içərisində mübahisə edib. Bu zaman kişi iti bizlə ona bədəninin bir neçə yerindən xəsarət yetirib. Həkim təcili yardım vasitəsilə yaxınlıqdakı xəstəxanalardan birinə yerləşdirilib.
Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.
Foto: Ruslan Məmmədov







Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-qadin-hekim-poliklinikada-sevgilisi-terefinden-bicaqlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR