Norveçdə dünyanın ən böyük Data Mərkəzi tikiləcək

Norveçdə dünyanın ən böyük Data Mərkəzi tikiləcək
06:03 24 Avqust 2017
Ölkə mətbuatı
A- A+

“Kolos” şirkəti Norveçin şimalında, Ballangen şəhərinin yaxınlığında dünyanın ən böyük Data Mərkəzini tikməyi planlaşdırır.

Publika.az hi-news.ru saytına istinadla xəbər verir ki, bu bölgənin soyuq iqlimi effektiv soyutma sistemi yaratmağa, bir çox yenilənən enerji mənbələrinin olması isə enerji təchizatı problemini həll etməyə imkan verəcək. “Kolos” şirkətinin nümayəndələri bildirirlər ki, informasiya Data Mərkəzin fəaliyyəti üçün lazım olan enerji küləyin köməyi və yaxınlıqdakı su elektrik stansiyaları ilə əldə olunacaq. Mütəxəssislərin hesablamalarına görə, tikintiyə bir aya təxminən 1000 meqavat enerji lazım olacaq. Lakin Qütb regionunun soyuq iqlimi bu göstəricini 60 faiz azaltmağa imkan verəcək.

“Kolos” şirkətinin dizaynerləri Norveçin “HDR” şirkətinin memarları ilə birgə gələcək tikilinin ilkin layihəsini hazırlayıblar. Yaxın vaxtlarda binanın planının təsdiq olunması planlaşdırılır. İlkin hesablamalara əsasən, tikinti bir neçə il ərzində 3 min işçinin iştirakı ilə tikiləcək.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/ikt/210885.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR