Bakıda gənc oğlan tanışı tərəfindən bıçaqlanıb

Bakıda gənc oğlan tanışı tərəfindən bıçaqlanıb
06:57 24 Avqust 2017
75 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 24 avqust. REPORT.AZ/ Paytaxtın Nəsimi rayonunda gənc oğlan tanışı tərəfindən bıçaqlanıb.
"Report"un xəbərinə görə, hadisə "3-cü mikrorayon dairəsi" kimi tanınan ərazidə baş verib.
1988-ci il təvəllüdlü Mənəfov Anar Bayram oğlu tanışı ilə əlbəyaxa dava edib. Dava nəticəsində tanışı A.Mənəfova bir neçə bıçaq zərbəsi vurub. Hadisə nəticəsində xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis bölməsinin əməkdaşları hadisəni törədən şəxsin axtarışına başlayıb.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/nesimi-rayonunda-genc-oglan-tanisi-terefinden-bicaqlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR