"Beşiktaş" prezidentinin azərbaycanlı sevgilisi - FOTO

"Beşiktaş" prezidentinin azərbaycanlı sevgilisi -    FOTO
09:07 24 Avqust 2017
176 İdman
Ölkə mətbuatı
A- A+

Türkiyənin "Beşiktaş" klubunun prezidenti Fikrət Orman bir müddətdir ki, azəri əsilli ukraynalı model Ülviyyə Alekslə yaxınlaşıb.


Fanat.Az xəbər verir ki, Yunanıstana gedən orman Korint kanalından keçərkən modellə şəkil çəkdirib. Klub prezidenti Ülviyyə ilə ötən həftələrdə də yaxta tətilinə çıxıb.


Azəri əsilli modelin məşhur iş adamına məxsus " La Paradiao" adlı yaxtada kapitan kabinəsində oturarkən çəkdirdiyi şəkli sosial mediada paylaşması da diqqət çəkib. Aleksin 4 ildir ki, İstanbulda yaşadığı öyrənilib. Fikrət Ormanı sosial mediada da izləyən gənc model "Beşiktaş" klubunun azarkeşidir.


Bu səbəblə klub prezidenti bir neçə həftə bundan öncə gənc qızı Bodrumda otellərin birində qonaq edib. Ona adının yazılı olduğu xüsusi forma təqdim edib.






Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotbeiktaquot-prezidentinin-azrbaycanl-sevgilisi-t60107.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR