“Bu, həm də siyasi qələbədir”

"Qarabağ" klubu Azərbaycan futbolunun tarixində ilk dəfə olaraq UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.

Ötən gün axşam "Qarabağ" Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində səfərdə Danimarkanın "Kopenhagen" klubu ilə qarşılaşıb. Oyun 2:1 hesabı ilə Danimarka təmsilçinin xeyrinə başa çatıb. İki oyunun cəmi və səfər qolunun hesabına "Qarabağ" klubu UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb. 

Metbuat.az bildirir ki, millət vəkili Fazil Mustafa “Qarabağ”ın oyunu ilə bağlı fikirlərini sosial şəbəkədə izləyiciləri ilə bölüşüb. Millət vəkili bildirib ki, bu millətə qələbə hava, su kimi lazım idi:

“Bizi sevindirən qəhrəmanlarımıza eşq olsun! Qurban Qurbanov - Azərbaycanın böyük öğlu! Sənin rəhbərliyində Qarabağ adı dünya futbolunun ana səhifəsinə yazıldı. Bu dəfə qarşınızı ala bilmədilər. Demək ki, qalib gəlməyi bacarırıq. Sadəcə doğru təşkilatlanmamız əskikdir. Doğru təşkilatlanmış bir komanda inanılmazı bacardı! Abdulbarı Gözələ, Tahir Gözələ təşəkkürlər! Azərbaycan üçün ən böyük işi gördünüz! Bu, sadəcə futbol meydançasında qazanılan qələbə deyil. Bu, həm də siyasi qələbədir. İnşallah millət olaraq, dövlət olaraq hərbi qələbəmizi də gerçəkləşdirərik. Allah sizləri qorusun, fədakar "Qarabağ" komandası!” .

Ermənistanda vəkillər aksiya keçirəcək - Oxumaq üçün tıklayın!

Xəyalə Məmmədova / METBUAT.AZ 


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR