Ueyn Runidən şok qərar

Ueyn Runidən şok qərar
09:27 24 Avqust 2017
144 İdman
Ölkə mətbuatı
A- A+

"Everton"un formasını geyinən Ueyn Runi milli karyerasını bitirib. Fanat.Az xəbər verir ki, bu barədə futbolçu özü açıqlama verib.


Runi millinin baş məşqçisi Qaret Soutqateyə yenidən dəvət göndərdiyi üçün təşəkkür edib və bir daha milli formanı geyinməyəcəyini bildirib: "Həqiqətən çətin qərar idi. Ailəmlə, menecerimlə və yaxınlarımla müzakirə edib qərar verdim. İngiltərə üçün oynamaq hər zaman gözəl idi. Oyunçu və ya kapitan, hər ikisi xüsusi vəzifə idi. Mənə köməyi dəymiş hər kəsə təşkkür edirəm. İndi kənara çəkilmək zamanıdı".


Qeyd edək ki, 12 fevral 2013-cü ildə Avstraliya ilə keçirilən yoxlama oyununda milli komandada debüt edən Runi sonuncu dəfə 11 noyabr 2016-cı ildə Şotlandiyaya qarşı forma geyinib. O, yığmada keçirdiyi 119 oyunda 53 dəfə fərqlənib.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-ueyn-runidn-ok-qrar-t60109.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR