"Qarabağ"ın rəqibləri bəlli olur - BÖYÜK ANA AZ QALDI

"Qarabağ"ın rəqibləri bəlli olur - BÖYÜK ANA AZ QALDI
09:39 24 Avqust 2017
211 Digər
Ölkə mətbuatı
A- A+

 

Bu gün Çempionlar Liqasının qrup mərhələsinin püşkatma mərasimi keçiriləcək. Apasport.az saytının məlumatına görə, əsas raundda iştirak edəcək 32 komanda 8 qrupa bölünəcək.

 

Monakoda təşkil olunacaq tədbir Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. İlk dəfə bu mərhələdə Azərbaycan da təmsil olunacaq.

 

Beşqat Azərbaycan çempionu “Qarabağ” qitənin ən güclü 32 komandası arasında yer aldığından bugünkü tədbirdə rəqiblərini tanıyacaq. Artıq komandalar reytinqlərinə görə səbətlərə bölünüb.

 

İlk səbətdə 8 ən reytinqli çempionatın qalibi yer alıbsa, digər 24 klub öz əmsalına görə sıralanıb. Əsas mərhələnin debütantı “Qarabağ” sonuncu səbətdə yer alıb. Qurban Qurbanovun baş məşqçisi olduğu komandamız yüksək reytinqli rəqiblərlə eyni qrupa düşəcək.

 

Qeyd edək ki, Monakodakı püşkatma həm də Gənclər Liqasına şamil olunacaq. Rəşad Sadıqovun baş məşqçisi olduğu “Qarabağ”ın U-19 komandası da eyni rəqiblərlə bir qrupda çıxış edəcək.

 

Çempionlar Liqası

Qrup mərhələsi

 

I səbət

“Real” (İspaniya)

“Bavariya” (Almaniya)

“Çelsi” (İngiltərə)

“Yuventus” (İtaliya)

“Benfika” (Portuqaliya)

“Monako” (Fransa)

“Spartak” Moskva

“Şaxtyor” (Ukrayna)

 

II səbət

“Barselona” (İspaniya)

“Atletiko” (İspaniya)

PSJ (Fransa)

“Borussiya” (Dortmund, Almaniya)

“Sevilya” (İspaniya)

“Mançester Siti” (İngiltərə)

“Porto” (Portuqaliya)

“Mançester Yunayted” (İngiltərə)

 

III səbət

“Napoli” (İtaliya)

“Tottenhem” (İngiltərə)

“Bazel” (İsveçrə)

“Olimpiakos” (Yunanıstan)

“Anderlext” (Belçika)

“Roma” (İtaliya)

“Beşiktaş” (Türkiyə)

“Liverpul” (İngiltərə)

 

IV səbət

“Seltik” (Şotlandiya)

“Qarabağ” (Azərbaycan)

APOEL (Kipr)

“Sportinq” (Portuqaliya)

MOİK (Rusiya)

“Feyenord” (Hollandiya)

“Maribor” (Sloveniya)

“Leypsiq” (Almaniya)

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/281796

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR