“Para” BOKT kütləvi istiqraz emissiyası da planlaşdırır

“Para” BOKT kütləvi istiqraz emissiyası da planlaşdırır
10:17 24 Avqust 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 24 avqust. REPORT.AZ/ “Para” ASC bank olmayan kredit təşkilatı qapalı üsulla həyata keçirdiyi istiqraz emissiyasının yerləşdirilməsini başa çatdırdıqdan sonra (təxminən 1 ay ərzində) kütləvi istiqraz emissiyası (açıq üsulla) da həyata keçirməyi planlaşdırır.
Bunu “Report”a BOKT-dan deyiblər.
“Əsasən manatla, qismən isə ABŞ dolları ilə kütləvi istiqraz emissiyası etmək planımız var. Milli valyutada azı illik 15%, xarici valyutada isə 4-5% gəlirlilik vəd edəcəyik”, - deyə “Para”dan bildirilib.
Qeyd edək ki, bir qədər əvvəl Maliyyə Bazarlarına Nəzarət Palatası BOKT-un istiqraz emissiyalarını dövlət qeydiyyatına alıb. Emissiyalar hər birinin nominal dəyəri 1 000 manat olan 545 ədəd istiqrazın (545 min manatlıq) və hər birinin nominal dəyəri 1 000 ABŞ dolları olan 150 ədəd istiqrazın (150 min dollarlıq və yaxud təxminən 255 min manat) dövriyyəyə buraxılmasını nəzərdə tutur. Qiymətli kağızlar qapalı üsulla Bakı Fond Birjasında yerləşdiriləcək və onları fiziki şəxslər alacaq.
Xatırladaq ki, “Para” BOKT ötən il lisenziyası ləğv edilmiş “Parabank” ASC-nin bazasında bu il yaradılıb. Onun nizamnamə kapitalı 38,887 mln. manatdır. MBNP kredit təşkilatına lisenziyanı bu il martın 30-da verib və bununla da ilk dəfər olaraq Azərbaycanda bank BOKT-a çevrilib.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/para-bokt-kutlevi-istiqraz-emissiyasi-da-planlasdirir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR