Nazirlik: Bakıda müşahidə olunan tozun miqdarı gün ərzində norma həddinə enəcək

Nazirlik: Bakıda müşahidə olunan tozun miqdarı gün ərzində norma həddinə enəcək
10:32 24 Avqust 2017
97 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 24 avqust. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz-dumanı ilə bağlı operativ iş rejiminə keçərək, hər üç saatdan bir atmosfer havasında müşahidələr aparır.
Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata əsasən avqustun 23-ü gün ərzində və avqustun 24-ü gecə saatlarında Bakı və Abşeron yarımadasında tozun miqdarı sanitar normadan yuxarı qeydə alınıb.
Qeyd edək ki, ölkə ərazisinə daxil olan şimal-qərb küləyi ilə əlaqədar atmosfer havasında tozun miqdarının sutka ərzində norma həddinə qədər enəcəyi proqnozlaşdırılır.

Xəbərin orijinal ünvanı: https://report.az/ekologiya/nazirlik-bakida-musahide-olunan-tozun-miqdari-gun-erzinde-norma-heddine-enecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR