Məşhurların “Qarabağ” sevinci - FOTO/VİDEO

Məşhurların “Qarabağ” sevinci - FOTO/VİDEO
10:43 24 Avqust 2017
149 Şou
Ölkə mətbuatı
A- A+

Çempionlar Liqasının “pley-off” mərhələsinin cavab matçında Danimarka təmsilçisi “Kopenhagen”ə 1:2 hesabı ilə uduzmaqla turnirin qrupuna vəsiqə qazanan “Qarabağ”ın qələbəsinə məşhurlarımız da sevinib.

Publika.az xəbər verir ki, qələbəni müxtəlif yollarla qeyd edən yerli tanınmışlar sevinclərini sosial media hesablarında belə dilə gətirib:

Aparıcı Murad Əzimzadə: “Həyacanlandıq, gərginləşib qışqırdıq, dizimizə döyüb, ovucumuzu üzümüzə sıxıb ağladıq da, amma inamımızı itirmədik.... Bu, Qarabağa olan həsrətin inama bürünmüş qəzəbi idi.... Bu gün Qarabağın bizə yaşatdığı, sözlə ifadəsi mümkünsüz sevinc hissi qələbəmizə işarə idi!!! Çox sağ ol Qarabağ, çox sağ ol qızıl məşqçi Qurban Qurbanov, çox sağ olun, Qarabağın igid oyunçuları!!!”

Müğənni Zamiq Hüseynov: “”Qarabağ” komandamız tarix yazdı. Azərbaycanlıları təbrik edirəm. Dünya ulduzları Bakıya gəlir! Ura!”

Xalq artisti Brilliant Dadaşova: “Nəhayət ki, idman oyunlarında futbolçularımız da bizi sevindirdi. İnsan sevincini paylaşıb, kədərini gizli saxlamalıdır”.

Xalq artisti Flora Kərimova: "Qarabağımızın adı daim Qələbə ilə tarixdə qalsın. Bütün futbolsevərləri, vətənsevərləri təbrik edirəm. Çox sevincliyəm çox. Komandamız ürəyimiz , dualarımız səninlədir".

Pərviz Hüseyn


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin1/210906.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR