Rövnəq Abdullayev "Qarabağ"ı təbrik etdi

Rövnəq Abdullayev "Qarabağ"ı təbrik etdi
11:07 24 Avqust 2017
115 İdman
Ölkə mətbuatı
A- A+

“Qarabağ”ın qazandığı bu tarixi uğurun şahidi olduğumuz üçün çox sevincliyik”. Fanat.Az xəbər verir ki, bu sözləri AFFA-nın prezidenti Rövnəq Abdullayev deyib.

Rövnəq bəy “Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanması ilə bağlı fikirlərini assosiasiyanın rəsmi saytına açıqlayıb: “Bu nailiyyət Azərbaycan futbolunda yazılmaqda olan böyük tarixin ilk sətirləridi. “Qarabağ” uğura doğru səbrlə, addım-addım irəlilədi və nəhayət, hər birimizin arzuladığımız sevinci bizə yaşatmağı bacardı. Azərbaycan futbolunda bir ilkə imza atan “Qarabağ” Futbol Klubunun rəhbərliyini, məşqçilərini, inzibati heyətini, futbolçularını və təbii ki, bütün oyunlarda komandaya inanan, dəstəyini əsirgəməyən azarkeşləri bu zəfər münasibətilə təbrik edirəm. Azərbaycan futbol ictimaiyyəti adından “Qarabağ”a Çempionlar Liqasının qrup mərhələsində uğurlar arzulayıram”.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-rovnq-abdullayev-quotqarabaquot-tbrik-etdi-t60119.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR