İŞİD bu ölkə üçün yeni qətliam söz verdi - VİDEO

İŞİD bu ölkə üçün yeni qətliam söz verdi - VİDEO
11:48 24 Avqust 2017
141 Dünya
Ölkə mətbuatı
A- A+

İŞİD terror qruplaşması İspaniyanı yeni hücumlarla hədələyib.

Publika.az xəbər verir ki, bu haqda “Pais” qəzeti yazıb.

Nəşrin məlumatına görə, döyüşçülər ispan dilində İspaniyanın ünvanına təhdidlərin yer aldığı videonu sosial şəbəkələrdə dərc ediblər.

Xatırladaq ki, avqustun 17-də avtofurqon Barselonanın mərkəzi hissəsində insanların arasına girib. Həmin gün analoji hadisə Barselonadan 120 kilometr uzaqlıqda yerləşən Kambrils şəhərində baş verib. Rəsmi məlumatlara görə, terror aktları nəticəsində 15 nəfər həlak olub, 130-u yaralanıb.

Terror hücumlarına görə məsuliyyəti İŞİD terror qruplaşması üzərinə götürüb.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/210915.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR