Qənirə Paşayeva: "Qurban Qurbanovla danışdım və..."

Qənirə Paşayeva: "Qurban Qurbanovla danışdım və..."
11:57 24 Avqust 2017
131 İdman
Ölkə mətbuatı
A- A+

Millət vəkili Qənirə Paşayeva "Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsinə düşməsinə münasibət bildirib. Fanat.Az xəbər verir ki, deputat bu barədə "Facebook" səhifəsində yazıb:


"Bir az əvvəl tarix yazan "Qarabağ" futbol klubumuzun baş məşqçisi, əziz qardaşım Qurban Qurbanovla danışdım və həm öz adından həm də insanlarımız adından onu təbrik etdim. Qurban Qurbanov Azərbaycan futbolunun inkişafında misilsiz xidmətlərin müəllifidir. Özünün biliyi, bacarığını oyunculara öyrətmək, klubun inkişafına təkan verməklə yanaşı özünün mənəvi-əxlaqi keyfiyyətləri ilə də bütün oyunçular üçün ən gözəl örnəkdir. Bir az əvvəl özünə də dediyim kimi, dünən axşam bütün azərbaycanlılar duaları ilə onların yanında idi və hər zaman da olacaq. "Qarabağ" öz ətrafında bütün azərbaycanlıları birləşdirən bir klubdur. Onun qələbəsi bütün Azərbaycanın, azərbaycanlıların qələbəsidir. "Qarabağ" dünən axşam tarixi bir mərhələni adladı və ən güclü klubların yarışacağı mərhələyə daxil oldu. "Qarabağ" ölkəmizin təbliğatı baxımından da misilsiz işlər görür. "Qarabağ" klubunun rəhbərləri Abdulvarı Gözəl, Tahir Gözəli, Baş məşqçi Qurban Qurbanovu, bütün oyunçuları və komandaya əziyyət çəkən hər kəsi, klubu xüsusi diqqətdə saxlayan cənab Prezidenti və klubun azarkeşləri olan bütün azərbaycanlıları təbrik edirəm! Bundan sonra "Qarabağ"ın yanında daha da çox olmalıyıq. Ümid edirəm ki Qurban müəllimin açıqladığı məsələ kluba bir neçə əlavə yaxşı oyunçunun cəlb edilməsi də öz həllini tapacaq və komanda növbəti mərhələdə uğurları ilə yenə də hamımızı sevindrəcək".


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-qnir-paayeva-quotqurban-qurbanovla-dandm-vquot-t60123.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR