Xırdalanda qarət məqsədi ilə evə girən şəxs tutulub

Xırdalanda qarət məqsədi ilə evə girən şəxs tutulub
12:12 24 Avqust 2017
102 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 24 avqust. REPORT.AZ/ Xırdalan şəhərindəki evlərdən birinə qarət məqsədi ilə girən şəxs tutulub.
Daxili İşlər Nazirliyindən "Report"a verilən məlumata görə, avqustun 21-də Abşeron rayonunun Xırdalan şəhərindəki evlərdən birinə gəlmiş naməlum şəxs ev sahibəsini bıçaqla hədələyib pul və qızıl əşyalar verməsini tələb edib, səs-küy yarandığından istədiyinə nail ola bilməyərək hadisə yerini tərk edib.
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Saray qəsəbə sakini Maqsud Əliyev tutulub.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/xirdalanda-qaret-meqsedi-ile-eve-giren-sexs-tutulub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR