Bakıda maşından 3400 manat oğurlanıb

Bakıda maşından 3400 manat oğurlanıb
12:17 24 Avqust 2017
114 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 24 avqust. REPORT.AZ/ Bakıda maşından pul oğurlayan şəxs tutulub.
“Report” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Belə ki, avqustun 22-də Nəsimi rayonu ərazisində “Lexus” markalı avtomobilə oturmuş naməlum şəxs oradan soyğunçuluq yolu ilə 3400 manat pul aparıb.
Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Astara rayon sakini Məmməd Əsgərov tutulub.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-masindan-3400-manat-ogurlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR