Azərbaycanın 4 qadın güləşçisi dünya çempionatında mübarizəyə qoşulur

Azərbaycanın 4 qadın güləşçisi dünya çempionatında mübarizəyə qoşulur
12:52 24 Avqust 2017
125 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 24 avqust. REPORT.AZ/ Fransanın paytaxtı Parisdə keçirilən dünya çempionatında bu gün qadın güləşçilərin mübarizəsinə yekun vurulacaq. “Report” xəbər verir ki, dördüncü yarış günündə 48 kq, 53 kq, 60 kq və 69 kq çəki dərəcələrində qaliblər müəyyənləşəcək. 
Azərbaycan bu çəkilərin hamısında təmsil olunacaq.
48 kq
1/8 final. Patrisia Alexandra Bermudez (Argentina) - Türkan Nəsirova (B xalçası)
53 kq
1/16 final. Leyla Qurbanova - Sumeyya Zeybek Sezer (Türkiyə) (D xalçası)
60 kq
1/16 final. Tatyana Omelçenko - Anastasiya Qriqoryeva (Latviya) (A xalçası)
69 kq
1/8 final - Elis Manolova - Anastasia Bratçikova (Rusiya) (D xalçası)
Qeyd edək ki, ilk iki yarış günündə yunan-Roma güləşçiləri mübarizə aparıb. Azərbaycan 8 çəki dərəcəsinin hamısında təmsil olunsa da, yalnız Elvin Mürsəliyev (80 kq) fəxri kürsüyə yüksəlib. O, bürünc medal qazanıb. Avqustun 23-də yarışan 3 qadın güləşçidən heç biri medal əldə edə bilməyib. 

Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/azerbaycanin-dord-qadin-gulescisi-dunya-cempionatinda-mubarizeye-qosulur

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR