Rusiyanın xarici işlər naziri Qətər ətrafındakı vəziyyəti müzakirə etmək üçün Körfəz ölkələrinə səfər edəcək

Rusiyanın xarici işlər naziri Qətər ətrafındakı vəziyyəti müzakirə etmək üçün Körfəz ölkələrinə səfər edəcək
12:57 24 Avqust 2017
118 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 24 avqust. REPORT.AZ/ Rusiya xarici işlər naziri Sergey Lavrov Fars körfəzindəki ərəb ölkələrinə səfərlər edəcək.
"Report" xəbər verir ki, bu barədə bu gün brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova bildirib.
Onun sözlərinə görə, S.Lavrov Küveyt, BƏƏ və Qətərə səfər edəcək. Səfərlər zamanı o, bu ölkələrin dövlət başçıları və xarici işlər nazirləri tərəfindən qəbul ediləcək.
"Səfərlər zamanı ikitərəfli əməkdaşlığın perspektivləri, eləcə də Qətər ətrafındakı vəziyyət müzakirə ediləcək. Rusiya tərəfləri qarşıdurma yaradan ritorikadan yayınmağa və danışıqlar masası ətrafında müzakirələr yolu ilə kompromis əldə etməyə çağırır", - o deyib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/rusiyanin-xarici-isler-naziri-qeter-etrafindaki-veziyyeti-muzakire-etmek-ucun-korfez-olkelerine-sef

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR